"Talassemiyasız həyat " mövzusunda tədbir keçirildi
14 dekabr 2018-ci il tarixində məktəbimizdə "Talassemiyasız həyat" mövzusunda tədbir keçirildi. Məktəbin biologiya müəllimi İbrahimova Esmira tərəfindən keçirilən tədbirdə məktəbimizin, əsasən yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə, eyni zamanda məktəbin direktoru Rüstəmova Günay, təlim-tərbiyə işləri üzrə direktor müavini İsfəndiyarova Esmira, məktəbin psixoloqu Qasımlı Məlahət, ingilis dili müəllimi Rüstəmova Tərlan iştirak edib.
Maarifləndirici xarakterli olan tədbirdə şagirdlər ilk öncə talassemiya xəstəliyinin yaranma səbəbləri, xəstəliyin əlaməti və müalicə üsulları, daha sonra xəstəlikdən qorunmaq üçün profilaktik qaydalar haqqında məlumat əldə etmişdirlər.
Tədbirin sonunda şagirdlərə Talassemiya xəstəliyi haqqında anket vərəqələri paylanıldı.