Riyaziyyat fənni üzrə növbəti "Açıq dərs" keçirildi
11 dekabr 2018-ci il tarixində məktəbin 1a sinfində Riyaziyyat fənni üzrə "Açıq dərs" keçirildi.1a sinfinin rəhbəri İsmayılova Tərlan müəllim tərəfindən keçirilən "Açıq dərs"in mövzusu "Ədəd oxu üzərində toplama" idi.
Dərsdə məktəbin direktoru Rüstəmova Günay , təlim-tərbiyə işləri üzrə direktor müavini İsfəndiyarova Esmira, məktəbin psixoloqu Qasımlı Məlahət, ibtidai sinif fənləri üzrə metodbirləşmə sədri Mahmudova Arifə, ibtidai sinif müəllimləri Ələkbərzadə Firuzə, Məcidova Arzu iştirak edib.
Dərsin bütün mərhələlərində şagirdlərin fəallığı izlənildi.Dərsin yaradıcı tətbiqetmə mərhələsində şagirdlər ədəd oxu üzərində 10 dairəsində toplama əməlinə aid müxtəlif tapşırıqları həll etdilər.
"Açıq dərs"in müzakirəsi zamanı dərs yüksək qiymətləndirildi.