Biologiya fənni üzrə "Açıq dərs" keçirildi

10 dekabr 2018-ci il tarixində məktəbin 8b sinfində Biologiya fənni üzrə "Açıq dərs" keçirildi.

Məktəbdə bu fənni tədris edən  İbrahimova Esmira tərəfindən keçirilən "Açıq dərs"in mövzusu "Damarlarımızdakı qan və onun hərəkəti" idi.

"Açıq dərs"də məktəbin direktoru Rüstəmova Günay, təlim-tərbiyə işləri üzrə direktor müavini  İsfəndiyarova Esmira, məktəbin psixoloqu  Qasımlı Məlahət , ingilis dili müəllimi  Rüstəmova Tərlan və 8b sinfinin rəhbəri Məmmədov Fəxri iştirak edib.

Dərsdə tədqiqat işindən öncə laboratoriya işi aparılaraq hazır qan preparatında insanın qan hüceyrələri izlənildi,daha sonra şagirdlərin qruplarda fəal əməkdaşlığı nəticəsində tədqiqat aparıldı.

Dərsin yaradıcı tətbiqetmə mərhələsində şagirdlər mövzunun standartlarından irəli gələn və onlara təqdim olunan tapşırıqlarda hesablama işlərini aparıb. Dərs həm fəndaxili, həm də kimya fənni ilə inteqrasiya olundu. Dərsin sonunda şagirdlərə ev tapşırığı verilib, daha sonra onlar meyarlar əsasında səviyyələr üzrə qiymətləndirildi.

Sonda şagirdlər onlara təqdim olunan özünüqiymətləndirmə vərəqələrində qeydlər apardı.

Dərs bitdikdən sonra "Açıq dərs"in müzakirəsi aparıldı.Dərs yüksək qiymətləndirilərək müəyyən tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi