Monitorinq imtahanının nəticələrinə görə şagirdlərimiz təltif edilib
7 dekabr 2018-ci il tarixində məktəbimizin ibtidai siniflərində aparılan monitorinq imtahanının nəticələrinə görə fərqlənən şagirdlər məktəbin direktoru
Rüstəmova Günay tərəfindən diplomlarla təltif edilib.
Təltifetmədə ,həmçinin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İsfəndiyarova Esmira, məktəbin psixoloqu Qasımlı Məlahət, riyaziyyat müəllimi Orucov Ramil , ibtidai sinif şagirdləri və onların sinif rəhbərləri iştirak edib.
Qeyd edək ki, monitorinq imtahanından yüksək nəticə toplayan şagirdlər əsasən 3-cü və 4-cü sinif şagirdləri olub.
Kərimli Məryəm-3b
Asirova Aysə-3b
Kərimli Əsmə-4a
Orucov Zaur-4a
Gərayev Mübariz-4b
Hüseynli Gəray-4b
Şagirdlərimizə dərslərində uğurlar arzu edirik.