"Təhsil üçbucağı" mövzusunda "Açıq qapı" günü keçirildi
24 noyabr 2018-ci il tarixində məktəbimizdə növbəti "Açıq qapı" günü keçirildi. "Açıq qapı" günündə valideynlərlə "Təhsil üçbucağı mövzusunda söhbət aparılıb.
Eyni zamanda valideynlər oktyabr ayında məktəb rəhbərliyi tərəfindən Azərbaycan dili,riyaziyyat və ingilis dili fənni üzrə keçirilən monitorinq imtahanının nəticələri ilə tanış olub.Monitorinqdən zəif nəticə göstərən şagirdlərin valideynləri ilə məktəbin direktoru Günay Rüstəmova və fənn müəllimləri arasında müzakirələr aparılıb.