Şagirdlərimiz YARAT Müasir İncəsənət Mərkəzində iştirak edib

20  noyabr  2018-ci il tarixində məktəbimizin 6-9-cu sinif şagirdlərindən ibarət bir qrupu biologiya müəllimi Esmira İbrahimovanın rəhbərliyi ilə YARAT Müasir İncəsənət Muzeyində iştirak edib.

İlk öncə muzeyin əməkdaşları tərəfindən YARAT Müasir İncəsənət Mərkəzinin  bədii rəhbəri olaraq Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis olunması, həmçinin  YARAT-ın yerləşdiyi məkanın 1960-cı illərdə dəniz gəmiləri üçün texniki baza kimi fəaliyyət göstərmiş Xəzər dənizinə baxan, Sovet dövründən qalma və sonradan bərpa edilmiş dənizçilik binası olduğu haqqında məlumat verildi. Bərpa nəticəsində ikimərtəbəli 2000 m2-lik dəbdəbəli sərgi məkanı yaradılmışdır.

Şagirlərimiz qrup şəklində Norveçdə yaşayan və fəaliyyət göstərən Kolumbiya əsilli rəssam Pedro Qomez-Rqanyanın "Sleypnir" adlı sərgisini maraqla izləyiblər.

Qeyd edək ki, rəssam "Sleypnir" sərgisinin  adını Norveç mifologiyasının tanrısı Odinin səkkizayaqlı atının adından götürüb.

Daha sonra muzeyin əməkdaşları tərəfindən şagirdlərimizlə diqqətin yoxlanılması və inkişafı üzrə oyun keçirildi.

Oyunun qalibi məktəbimizin 7b sinif şagirdi Məhərrəmova Nübar oldu.

Şagirdlərimiz muzeydən xoş təəssüratla ayrıldı.

YARAT  Müasir  İncəsənət  Mərkəzinə ekskursiyanın təşkil olunmasında yaxından iştirak edən Həsənov Beyrək müəllimə təşəkkürümüzü bildiririk! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi