Dövlət Bayrağı Günü qeyd olundu
8 noyabr 2018-ci il tarixində məktəbimizdə "9noyabr- Dövlət Bayrağı günü" münasibətilə tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başladı.
Çıxış üçün söz ilk olaraq məktəbin direktoru Günay Rüstəmovaya verildi.
O,çıxışı zamanı müstəqilliyimizin təmsili olan üçrəngli bayrağın xalqımızın qürur mənbəyi olduğunu vurğuladı. O cümlədən, bayrağımızın tarixi, təsviri, rəmzlərinin mənası haqqında qısa şərh verərək bu il Azərbaycanın ilk bayrağının Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən təsdiq olunmasının 100-cü il dönümünün qeyd olunduğunu vurğuladı. Sonda məktəbin direktoru G.Rüstəmova hər kəsi bu gün münasibətilə təbrik edərək tədbiri açıq elan etdi.
Məktəbimizin psixoloqu Məlahət Qasımlı tərəfindən təşkil olunan tədbir məktəbin ibtidai və yuxarı sinif şagirdlərinin ifasında səsləndirilən şeirlər,musiqi nömrələri, rəqs kompozisiyaları ilə davam etdirildi.