V-XI siniflərdə monitorinq imtahanı keçirildi
31 oktyabr 2018-ci il tarixində məktəb rəhbərliyi tərəfindən məktəbimizin V-XI siniflərində Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri üzrə monitorinq imtahanı keçirildi.İmtahan nəzarətçi müəllimlərin iştirakı ilə 90 dəqiqə müddətində davam etmişdir.
İmtahanın sonunda şagirdlərdən toplanılan sual kitabçaları nəzarətçi müəllimlərinin apardığı xüsusi qeydlərlə birlikdə məktəbin direktoru Günay Rüstəmovaya təqdim olundu.
Yaxın günlərdə monitorinqin nəticələri ilə şagirdlər və valideynlər tanış ola biləcəklər.