Məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsinə aid Məsləhət şurasının ilk iclası keçirildi
23 oktyabr 2018-ci ildə məktəbimizdə məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsinə aid Məsləhət şurasının ilk iclası keçirildi.İclasda Məsləhət şurasının sədri olaraq məktəbin direktoru Rüstəmova Günay, şuranın üzvləri olaraq Hüseynov İbrahim ,Əsgərov Vahid,Ələsgərov Cəfər,məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini əvəzi Rüstəmova Tərlan,Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər Behbudov İxtiyar,valideyn komitəsinin sədri İsgəndərov Əli, müəllimlərdən Qasımov Hikmət, Qasımlı Məlahət, İsfəndiyarova Esmira, Həsənova Şöhlə, İbrahimova Esmira və müxtəlif siniflərdən olan şagirdlər iştirak edirdi.
İclas Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.
İclasda çıxış üçün ilk söz məktəbin direktoru G.Rüstəmovaya verildi.O, çıxışı zamanı bildirdi ki,artıq məktəbin tağım və manqa komandaları hərbi rəhbər İ. Behbudov tərəfindən yaradılıb, eyni zamanda məktəb üzrə gənclərin çağırışaqədərki məktəb şurasının təqvimi müəyyənləşdirilib, tədris ili ərzində ibtidai və yuxarı siniflərdə vətənpərvərlik mövzusuna aid məktəbdaxili və məktəbdənkənar tədbirlərin təşkil olunub həyata keçirilməsində həm məktəb rəhbərliyinin,həm də sinif rəhbərləri və müəllimlərin öhdəsinə müəyyən vəzifələr düşür.G.Rüstəmova, həmçinin çıxışında hər bir ailədə yaranan vətənpərvərlik ruhunun daha da yüksəlməsi üçün şagirdləri keçirilən bu cür tədbirlərdə fəal iştirak etməyə səslədi.
Daha sonra çıxış üçün söz məktəbin hərbi rəhbəri İ.Behbudova verildi.O, çıxışında Azərbaycan xalqının asanlıqla müstəqillik əldə etmədiyini söyləyərək, müstəqilliyimizi xalqımızın igid oğullarının canı və qanı bahasına qazandığımızı vurğulayıb.
"Şəhidlərimizin qanı bahasına əldə etdiyimiz müstəqilliyimizi gələcək nəsillərə ötürmək hər bir vətəndaşın vəzifə borcu olmalıdır", o əlavə etdi.
Daha sonra şuranın digər üzvlərinin,müəllimlərin və valideyn komitəsi sədrinin çıxışları dinlənildi.
Sonda ibtidai sinif şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndi.