"Bilik günü" qeyd olundu
15 sentyabr 2018-ci il tarixində respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi məktəbimizdə də 15 sentyabr-"Bilik günü" münasibətilə bayram tədbiri keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı.
Tədbirdə ilk çıxış üçün söz məktəbimizə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yeni təyin olunan direktor Günay Rüstəmovaya verildi.
Məktəb rəhbəri Günay Rüstəmova çıxış edərək ilk növbədə "Bilik günü" münasibətilə məktəbliləri, o cümlədən birinciləri, müəllimləri və valideynləri təbrik edib, onlara yeni tədris ilində uğurlar arzuladı.
Günay Rüstəmova çıxışı zamanı məktəbin 5 iyul 2018-ci il tarixindən etibarən əsaslı təmir olunaraq yeni tədris ilində istifadəyə verilməsinə görə başda Xəzər Rayon İcra Hakimiyyəti başçısı Gülağa İslamov olmaqla, Xəzər RİH-nə məktəb kollektivi adından minnətdarlığını bildirdi.
G.Rüstəmova həmçinin qeyd etdi ki, 2018-2019-cu tədris ili Təhsil Nazirliyi tərəfindən "Təhsildə keyfiyyət ili" kimi qəbul olunub və bu o deməkdir ki, təhsil sahəsində inkişafyönümlü tədbirlərin keçirilməsi davam etdiriləcəkdir.
Tədbir şagirdlərin ifasında səslənən şeirlər,vətənpərvərlik mövzusunda mahnılar və milli rəqslərlə davam etdirildi.
Sonda yeni tədris ilinin ilk zəngi çalındı.