Məktəbimizdə "Son zəng" tədbiri keçirildi
Bu gün respublikamızın hər yerində olduğu kimi məktəbimizdə də "Son zəng" tədbiri keçirildi.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Ruhiyyə İbrahimova öz çıxışında məzunları təbrik edərək onlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladı.Həmçinin, tədbirin yüksək səviyyədə təşkili və iştirakçıların yaddaşlarında uzun illər boyu qalması üçün Aynur Həsənova tərəfindən müvafiq tədbirlərin görülməsinə görə təşəkkür etdi.
Daha sonra onbirincilərin ilk müəllimləri olan Həsənova Şöhlə və İlkanə müəllimə çıxışlarında məzunlara uğurlar arzu edərək yollarının daima açıq olmasını dilədilər.
Onbirincilərin sinif rəhbərləri İbrahim Hüseynov və Aynur Həsənovanın çıxışından sonra tədbir onbirincilərin və ibtidai sinif şagirdlərinin hazırladıqları bədii kompozisiya ilə davam etdi.Sonda məzunlarımız üçün hər zaman həsrətlə xatırlayacaqları "Son zəng" çalındı.