1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizin ibtidai siniflərində tədbir keçirildi.İlk öncə tədbir iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Daha sonra məktəbimizin direktoru Ruhiyyə İbrahimova tədbirdə iştirak edən bütün uşaqları bu gün münasibətilə səmimi qəlbdən təbrik edərək bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, diqqət və qayğı vardır. Onların layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır.
Tədbir şagirdlərin ifasında rəngarəng şeir, mahnı, rəqs və səhnəciklərlə davam etmişdir.Keçirilən bayram şənliyi uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur.