9-cu siniflərdə növbəti monitorinq keçirilib
Bu gün məktəbimizin 9-cu siniflərində növbəti monitorinq keçirilib.Sınaq imtahanı Azərbaycan dili və riyaziyyat fənlərinin hər birindən 30 qapalı tipli suallar əsasında keçirildi. Monitorinq başa çatdıqdan sonra test sualları yoxlanılaraq nəticələr məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən müzakirə olundu.
Qeyd edək ki, ilk monitorinqlərin nəticəsi ilə müqayisədə xeyli irəliləyiş əldə olunub.