Şagirdlərimiz "Atəşgah" Dövlət Tarixi-Memarlıq qoruğunu ziyarət etdilər

18 may Beynəlxalq Muzeylər günündə məktəbimizin müəllim və şagirdlərindən ibarət bir qrupu XVII əsrdə atəşpərəst hindli tacirlər - parslar tərəfindən Bakının yaxınlığındakı Suraxanı kəndində inşa edilmiş Atəşgah məbədini ziyarət etdilər.

Məbədlə tanışlığa sonuncu hücrədən başlanıldı. Hücrə hündür yerdə tikildiyindən, burdan “Atəşgah”ın həyəti və baş ibadətgahı tam görünür.

Daha sonra məbəddə bir-birinə bitişik olan hücrələrə daxil olub “Atəşgah” məbədinin tarixi haqqında,yerli atəşpərəstlərlə yanaşı hindli zəvvarların həyat tərzi,burada daimi yaşayan onlarla zahidin tərki-dünya həyatı sürdükləri, onların öz bədənlərinə əzab verərək ruhlarını təmizlədiklərinə olan inancları haqqında  məlumat əldə etdilər.Bəzi hücrələrdə Azərbaycanın regionlarından qazıntılar zamanı tapılan əşyalar - sərniclər, dolçalar, küplər, iri boşqablar, kasalar ilə,həmçinin məbədin həyətində müxtəlif quyularla tanış oldular.

Qeyd edək ki,Azərbaycanın maddi mədəniyyət abidələri sırasında, atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş “Atəşgah” Dövlət Tarixi-Memarlıq Qoruğu hazırda YUNESKO-nun tərtib etdiyi "Dünya İrsinin İlkin siyahısı"na daxil edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi