Şuşanın işğalından 26 il ötür
Bu gün məktəbimizdə Şuşa rayonunun işğalının 26-cı ildönümü anıldı.Bu səbəblə "Tarix"aylığı çərçivəsində "Şuşasız 26 il" mövzusunda debat keçirildi.Məktəbin tarix müəllimi ,Şuşa şəhərindən məcburi köçkün olan Hikmət Qasımov Şuşanın tarixi haqqında ətraflı məlumat verdikdən sonra 9-cu və 10-cu sinif şagirdləri Şuşanın dünəni ,bu günü və gələcəyi haqqında fikir mübadiləsi etdilər.
Həmçinin şəhərin işğalı nəticəsində həyatlarını itirən, yaralanan, itkin və yaşadıqları doğma yurdlarından didərgin düşən insanların sayı, dini, tarixi, mədəni abidələrinin talan edilməsi, yaşayış məntəqələrinin, məktəbəqədər və ümumtəhsil müəssisələrinin, musiqi məktəblərinin və s.dağıdılması haqqında fikirlər səsləndirildi.
Qeyd edək ki, debatda digər işğal olunmuş rayonlarımız haqqında da fikir mübadiləsi aparıldı və video slaydlar nümayiş olundu.
Müəllimlərdən Laçın rayonundan məcburi köçkün olan Eynulla İsfəndiyarov və Vahid Əsgərov,Cəbrayıl rayonundan məcburi köçkün olan İxtiyar Behbudov,əslən Füzuli rayonundan olan Aynur Həsənova,Şuşa şəhərindən olan Fəxri Məmmədov Qarabağın işğalı zamanı erməni cəlladlarının cinayətlərdən bəhs edərək öz xatirələrini də bölüşdülər.
Sonda məktəbin direktoru Ruhiyyə İbrahimova şagirdlərə və müəllimlərə təşəkkür edərək tariximizin hər anına sahib çıxmağı ,qələbə naminə unutqan olmamağı tövsiyyə etdi.