Təlimə Dəstək Mərkəzi ümumtəhsil məktəblərin 9-cu siniflərində monitorinq keçirib
“Təhsildə keyfiyyət ili” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı “Təhsil Nazirliyinin Fəaliyyət Planı”nın 1.3.3 bəndinə əsasən Təlimə Dəstək Mərkəzi ümumtəhsil məktəblərində fənlərin tədrisi vəziyyətini yoxlamaq üçün 25 aprel 2018-ci il tarixdə 9-cu siniflərdə riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirdi.
Qeyd edək ki, təlimata uyğun olaraq məktəbimizdə keçirilən monitorinq nəzarətçi müəllimlərin iştirakı ilə 1 saat müddətində davam edib.