Cəlil Məmmədquluzadənin "Poçt qutusu" əsəri müzakirə olunub
20 aprel 2018-ci il tarixində məktəbimizin kitabxanasında yazıçı,dramaturq,publisist,jurnalist,ictimai xadim Cəlil Məmmədquluzadənin "Poçt qutusu" əsəri 8a sinif şagirdləri tərəfindən müzakirə olundu. Əsərdəki Novruzəli və Vəli xan kimi surətlər təhlil olundu, şagirdlər öz fikirlərini bildirdilər.
Müzakirənin sonunda məktəbin direktoru Ruhiyyə İbrahimova da öz fikirlərini şagirdlərimizlə bölüşdü.
Onu da qeyd edək ki,“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 04.04.2018-ci il tarixli F-148 nömrəli əmrinin 2-ci bəndinə əsasən, məktəbimizdə "Oxu günləri" çərçivəsində məktəbdaxili tədbirlər keçirilir.