Məktəbimizdə "Oxu günləri" çərçivəsində tədbir keçirilib
"Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 04.04.2018-ci il tarixli F-148 nömrəli əmrinin 2-ci bəndinə əsasən məktəbimizdə "Oxu günləri" çərçivəsində məktəbdaxili tədbirlər keçirilir.
19 aprel 2018-ci il tarixində məktəbimizin kitabxanasında təşkil olunmuş tədbirdə XX əsr rus ədəbiyyatının görkəmli simalarından olan Konstantin Paustovskinin "Qoca aşbaz" hekayəsi əsasında aparılan debatda məktəbimizin 6 b sinif şagirdləri fəal iştirak etmişlər.
Debat məktəbimizin direktoru Ruhiyyə İbrahimova,Azərbaycan dili və Ədəbiyyat müəllimi A.Həsənova, məktəbin psixoloqu M.Qasımlı,kitabxana rəhbəri V.İsmayılova,ibtidai sinif müəllimi A.Mahmudova tərəfindən izlənilmişdir.