Məktəbimizin direktoru Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif olunub
Məktəbimizin direktoru Ruhiyyə İbrahimova Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif olunub.
"Təhsil sosial mediada" layihəsi çərçivəsində Azərbaycanda təhsilin inkişafı ilə bağlı strateji hədəflərin reallaşdırılması sahəsində həyata keçirilən islahatyönlü tədbirlərin mahiyyətinin sosial şəbəkələrdə təbliğ və təşviqinin gücləndirilməsi , həmin istiqamətdə aparılan maarifləndirmə işlərinin səmərəliliyinin yüksəldilməsi işində fəallıq göstərən təhsil işçiləri Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə" ilə təltif olunmuşlar.
Məktəbimizin direktoru Ruhiyyə İbrahimova "Təhsil diskusiyalarının ən yaxşı aparıcısı" nominasiyası üzrə təltif olunmuşdur .
Məktəbimizin kollektivi adından Ruhiyyə xanımı ürəkdən təbrik edir, gələcək işlərində daha böyük müvəffəqiyyətlər diləyirik!