İlk dərslər "Aprel döyüşləri"nə həsr olunub

Bu gün məktəbimizdə ilk dərslər "Aprel döyüşləri"nə həsr olunub. Dərslər ilk öncə "Dördgünlük müharibə"də dünyasını dəyişən şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükutla başlayıb.

Müəllimlər tərəfindən "Aprel döyüşləri" və onun nəticəsi, "Dördgünlük müharibə"də şəhid olanlar haqqında geniş məlumat verilib. 

Daha sonra dörd gün davam edən döyüş nəticəsində şəhid olanların həyatlarını əks etdirən video materiallar izlənilmiş və şagirdlər müvafiq mövzu ətrafında fikirlər söyləyib, müzakirələr aparıb,şeirlər söyləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi