"Ən yaxşı şeir ifaçısı" bədii qiraət müsabiqəsinin məktəbdaxili mərhələsində şagirdlərin ifaları dinlənilib
3 aprel 2018-ci il tarixində 323 №-li tam orta məktəbində "Azərbaycan Xalq Cumhuriyyəti ili" milli özünüdərkin gərçəkləşməsi üçün zəmindir" adlı "Ən yaxşı şeir ifaçısı" bədii qiraət müsabiqəsinin məktəbdaxili mərhələsində şagirdlərin ifaları dinlənilib.
Məktəbin direktoru Ruhiyyə İbrahimova, münsiflər heyəti olaraq Azərbaycan dili və Ədəbiyyat müəllimləri Almara Həsənova və Günel Hacıyeva, psixoloq Məlahət Qasımlının iştirakı ilə keçirilən tədbirdə məktəbin 2 yaş qrupu üzrə (10-14 və 15-18) şagirdlərin şeir ifaları maraqla dinlənilib.
Sonda münsiflər heyətinin qərarı ilə qeyd olunan müsabiqənin birinci mərhələsinin qalib iştirakçıları elan olunub.
Şagirdlərimizə müsabiqənin növbəti mərhələsində uğurlar arzu edirik!