"Gənc bioloqların yaradıcılıq müsabiqəsi"nin məktəbdaxili mərhələsinə start verilib
2 aprel 2018-ci tarixində 323 №-li tam orta məktəbində "Gənc bioloqların yaradıcılıq müsabiqəsi"nin məktəbdaxili mərhələsinə start verilib.
İlk olaraq məktəbin 9-cu sinif şagirdləri 2 akademik saat ərzində ümumi təhsil proqramına uyğun olaraq biologiya fənnindən 30 sualdan ibarət test tapşırığı və 2 məsələni yerinə yetiriblər.
Qeyd edək ki,"Gənc bioloqların yaradıcılıq müsabiqəsi"nin məktəbdaxili mərhələsi 2-23 aprel 2018-ci il tarixində keçirilməsi nəzərdə tutulub.