9-cu sinif şagirdləri üçün monitorinq imtahanı keçirilib
2 aprel 2018-ci il tarixində məktəbimizdə məktəb rəhbərliyi tərəfindən 9-cu sinif şagirdlərinin Azərbaycan dili və riyaziyyat fənnindən monitorinq imtahanı keçirilib.
İmtahan zamanı şagirdlər ümumi təhsil proqramına uyğun olaraq qeyd olunan hər bir fənn üzrə 30 sualdan ibarət test tapşırığını yerinə yetiriblər.
İmtahan siniflərdə nəzarətçi müəllimlərin və məktəb rəhbərliyinin ümumi nəzarəti altında keçirilib.