Azərbaycanlıların soyqırımına həsr olunmuş "Dəyirmi masa" keçirilib
30 mart 2018-ci il tarixində 323 №-li tam orta məktəbində 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş "Dəyirmi masa" keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra azərbaycanlıların soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
"Dəyirmi masa" ətrafında məktəbimizin tarix müəllimi Hikmət Qasımov və məktəbin 8-ci, 9-cu, 10-cu və 11 -ci sinif şagirdləri arasında erməni işğalçılarının 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Azərbaycanın ərazisində törətdikləri soyqırım ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Şagirdlərə, erməni işğalçılarını dəstəkləyən qüvvələrin, azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımı əks etdirən video materiallar təqdim olunub.
"Dəyirmi masa" ətrafında şagirdlərin səsləndirdikləri fikirlər, müzakirələr məktəbin direktoru R.İbrahimova, Azərbaycan dili müəllimi Ü.Kərimova, ingilis dili müəllimi T.Rüstəmova tərəfindən dinlənildi.