Məktəbimizin komandası "Voleybol" idman növü üzrə yarışda iştirak edib
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
12.02.2018-ci il tarixli 3/10 nömrəli birgə qərarı ilə Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri arasında keçirilən idman yarışları ardıcıl olaraq davam etdirilir.
Qeyd edək ki,24 fevral 2018-ci il tarixində ATİAHİ-nın iclasında Xəzər rayon Həmkarlar Komitəsinin sədri Əbilov Həzərxan cənabları Xəzər rayonunda keçiriləcək yarışlar, onun əsasnaməsi və qrafiki haqqında ümumtəhsil məktəblərinin rəhbərlərini və məktəb Həmkarlar İttifaqı sədrlərini məlumatlandırmışdır.
Müəllimlərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinə yiyələnmələri məqsədi ilə keçirilən idman yarışları qrafik üzrə davam etdirilir.
17 mart 2018-ci il tarixində 156 nömrəli tam orta məktəbdə “Voleybol” idman növündən yarış da qrafikdə qeyd olunduğu tarixdə keçirildi.
Yarışda ATİAHİ-nın Xəzər rayon Həmkarlar Komitəsinin sədri Əbilov Həzərxan iştirak etdi. Əbilov Həzərxan yarışda iştirak edən hər bir müəllimə xüsusilə qadın müəllimlərin idmana olan marağına görə onlara öz minnətdarlığını bildirərək ürək sözlərini çatdırdı və hər bir müəllimə uğurlar dilədi.
Yarış püşk atma yolu ilə keçirildi. Voleybol yarış əvvəlcə qadınlar arasında,sonra kişilər arasında keçirildi.
Məktəbimizin komandası da bu yarışda öz uğurlu nəticələri ilə fərqləndilər.
1.Ələsgərov Cəfər Əvdil
2.Hüseynov İbrahim Qaytaran
3.Əsgərov Vahid Duman
4.Qasımov Hikmət Nəriman
6.Məmmədov Fəxri Afiq
7.Nuriyeva Arzu Şakir
8.Baqişova Aysel Adil
Yarışda iştirak edən hər bir müəllimə xüsusi təşəkkür edirik!