Biologiya fənni üzrə "Açıq dərs" keçirildi

2 mart 2018-ci il tarixində məktəbimizdə "Biologiya və Kimya" aylığının ilk "Açıq dərs"i keçirildi. Məktəbin 8a  sinfində Biologiya fənni üzrə keçirilən açıq dərsin mövzusu "Böyrəklərin quruluşu,sidiyin əmələ gəlməsi" idi.

Məktəbdə bu fənni tədris edən Esmira İbrahimova tərəfindən aparılan açıq dərs zamanı slayd materiallarından istifadə olunub, şagirdlərin qruplarda fəal əməkdaşlığı nəticəsində tədqiqat aparıldı, həmçinin sinif şagirdi  Mahmudova Aygün tərəfindən praktiki iş olaraq qoyun böyrəyi üzərində aparılan təcrübə qruplarda maraqla izlənildi.

Yaradıcı tətbiqetmə mərhələsində şagirdlər mövzunun standartından irəli gələrək onlara təqdim olunan tapşırıqlarda hesablama işlərini aparıb. Dərs kimya və fizika fənləri ilə inteqrasiya olunmuşdur. Dərsin sonunda şagirdlərə ev tapşırığı verilib, daha sonra onlar meyarlar əsasında səviyyələr üzrə qiymətləndirildi.

Şagirdlərin fəal iştirak etdiyi açıq dərs,dərsi dinləyən məktəbin direktoru Ruhiyyə İbrahimova,sinfin rəhbəri Səadət Hacıyeva ,kimya müəllimi İbrahim Hüseynov, fizika müəllimi Almaz Hacıyeva,Azərbaycan dili müəllimi Ülviyyə Kərimovanın  marağına səbəb olmuş və yüksək qiymətləndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi