"Xocalı harayı" mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olundu.
2 fevral 2018-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən imzalanan "Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi" barədə əmrə əsasən təsdiqlənmiş eyniadlı Tədbirlər Planına müvafiq ümumtəhsil müəssisələrində "Xocalı harayı" mövzusunda ədəbi-bədii kompozisiyaların keçirilməsi nəzərdə tutulmuşdur.
Bu gün məktəbimizdə Azərbaycan dili və ədəbiyyat müəllimi G. Hacıyevanın rəhbərliyi altında müvafiq mövzuya uyğun olaraq ədəbi-bədii kompozisiya məktəbimizin bacarıqlı və istedadlı şagirdləri tərəfindən nümayiş olundu.
Ədəbi-bədii kompozisiyada iyirmi altı il öncə baş vermiş Xocalı faciəsində bir ailənin başına gətirilən müsibətlər, ananın fəryadı, ailənin bütün üzvlərinə,o cümlədən,
qocaya,körpəyə qarşı belə mərhəmət hissi olmayan,lənətə gəlmiş erməni əsgərləri tərəfindən amansızlıqla öldürüldüyü əks olunmuşdur.
Kompozisiya məktəb rəhbərliyi,müəllim və şagird kollektivi tərəfindən izlənilib.