İlk dərslər Xocalı soyqırımına həsr olunub.

 2 fevral 2018-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən imzalanan "Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi" barədə əmrə əsasən  təsdiqlənmiş eyniadlı Tədbirlər Planına müvafiq ümumtəhsil müəssisələrində ilk dərslərin "Xocalı soyqırımı"na aid mövzuda keçirilməsi nəzərdə tutulmuşdur.

Bu gün məktəbimizdə tədris gününün birinci və ikinci növbəsinin ilk dərsləri, Xocalı soyqırımına həsr olunub.Dərslər ilk öncə Xocalıda canlarınından keçən,günahsız  olan və amansızlıqla öldürülən Xocalı qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə bir dəqiqəlik sükutla başlayıb.

Müəllimlər tərəfindən Xocalının işğaldan öncəki  ərazisi,əhalisi o cümlədən, etnik tərkibi,iqtisadiyyatı və s. barədə məlumat verilib.

Daha sonra Xocalı soyqırımını əks etdirən video material izlənilmiş və şagirdlər müvafiq mövzu ətrafında fikirlər söyləyib, müzakirələr aparıb,Xocalıya aid şeirlər söyləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi