"Xocalıya gedən yol" mövzusunda "Dəyirmi masa" keçirilib.
2 fevral 2018-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən imzalanan "Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi" barədə əmrə əsasən təsdiqlənmiş eyniadlı Tədbirlər Planına müvafiq təhsil müəssisələrində icra vaxtı 8-24 fevral 2018-ci il tarixində qeyd olunan "Xocalıya gedən yol" mövzusunda "Dəyirmi masa" və konfransların təşkili nəzərdə tutulmuşdur.
23 fevral 2018-ci il tarixində məktəbimizdə bununla əlaqədar "Xocalıya gedən yol" mövzusunda "Dəyirmi masa" keçirildi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndi.Daha sonra Xocalı soyqırımının yaddaşlardan silinməyəcək görüntüləri lentə alınmış video material izlənildi.
"Dəyirmi masa" ətrafında məktəbimizin 8-ci,9-cu,10-cu və 11 -ci sinif şagirdləri arasında erməni işğalçılarının Xocalıda törətdikləri soyqırım ilə əlaqədar fikir mübadiləsi aparıldı."Dəyirmi masa" ətrafında şagirdlərin səsləndirdikləri fikirlər,müzakirələr məktəbin direktoru R.İbrahimova və hərbi rəhbəri Behbudov İ.tərəfindən dinlənildi və onlar da öz növbəsində çıxış edərək, Xocalı həqiqətləri haqqında danışıb gec-tez əzəli torpaqlarımızın, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində, mümkün şərtlər daxilində sülh yolu ilə qaytarılacağına inandıqlarını bildirdilər.