Məktəbimizdə Amerika Güşəsinin açılış mərasimi keçirildi.
Bu gün məktəbimizdə ABŞ səfirliyi tərəfindən Amerika Güşəsinin açılış mərasimi keçirildi.Açılış mərasimində ABŞ səfiri Robert F.Sekuta və onun həyat yoldaşı,
ABŞ Səfirliyinin Hərbi Əməkdaşlıq şöbəsinin nümayəndəliyi, Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri G.Qurbanov,
Bakı Şəhər üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri sektorunun müdiri A.Qədiməliyev, məktəbimizin direktoru R.İbrahimova və digər rəhərliyi,müəllim və şagirdləri iştirak etmişdirlər.
Mərasimdə G.Qurbanovun çıxışından sonra Cənab R.F.Sekutanın çıxışı dinlənildi.O,öz çıxışına tədbir iştirakşılarını salamlamaqla başladı:
"ABŞ 1991-ci ildən etibarən Azərbaycana maddi yardım göstərir,xüsusən də yardımın əsası Azərbaycanda məcburi köçkünlərin həyatlarının yaxşılaşmasına yönəldilmişdir.Biz artıq Azərbaycanın fərqli regionlarında 16 məktəb binasını inşa etdirmişik.Bu il də bu rəqəmin 17 olmasını planlayırıq.Biz çalışırıq ki,azərbaycanlıların yaşadıqlarına diqqət yetirək və onların arzuladıqları gələcəyə nail olmaqda onlara köməklik edək.İndi iki müxtəlif dilin daşıyıcısı öz arasında ünsiyyət qurmaq üçün ingilis dilindən istifadə edir.Ona görə də azərbaycanlıların beynəlxalq aləmdə ünsiyyət qura bilməsi üçün ingilis dilini öyrənmələrinə böyük tələbat və ehtiyac var.Biz yeni texnologiyalardan istifadə edərək müəllim və şagirdlərə tədrisdə kömək etmək istəyirik ki,bizim nəslin 20 il bundan əvvəl imkan edə bilmədiyini indi yeni texnologiyalar vasitəsilə onlar yararlana bilsinlər."
Güşə ingilis dilini örənmək və təhsil proqramları üçün açıq elan olundu.
Daha sonra məktəbimizin 10a sinif şagirdi A.Fəridin ifasında "Sarı gəlin" mahnısı,11 a sinif şagirdi Nəsirin ifasında "Azərbaycan bayrağı",10 b sinif şagirdi Elfidanın ifasında "Mənim dilim"şeiri, 11b sinif şagirdi Elburusun ifasında isə "Qarabağ şikəstəsi" dinlənildi.Məktəbimizin 9-cu sinif şagirdi E.Hüseynov Cənab Sekutaya hədiyyə olaraq Səfirin portreti təsvir olunmuş öz əl işini təqdim etdi.Cənab Səfir də öz növbəsində məktəbimizin kitabxanasına azərbaycan və ingilis dilində nəşr olunmuş kitablar hədiyyə etdi.
Cənab Səfir və onun həyat yoldaşı xanım Sekuta yerli şagirdlərlə görüşüb onların gələcək planlarını və Güşənin proqramı barəsində söhbət etdilər.
Daha sonra qonaqlar çay süfrəsinə dəvət olundu.Eyni zamanda qonaqların məktəb rəhbərliyi və müəllimlərimizlə səmimi söhbəti baş tutdu.Məktəb rəhbəri Ruhiyyə İbrahimova başda Cənab Səfir və onun həyat yoldaşı Sekuta xanım olmaqla digər qonaqların məktəbimizə təşrif buyurmalarının,Amerika Güşəsinin yaradılmasının şagirdlərimizin əldə edəcəkləri biliklərə mükəmməl yiyələnməsi və müəllimlərimizin pedaqoji fəaliyyəti üçün stimul olduğunu vurğuladı və bunun üçün məktəbin müəllim və şagird kollektivi adından dərin minnetdarlığını bildirdi.Sonda Cənab Səfir və xanımının məktəbimizin müəllim kollektivi ilə xatirə şəkilləri çəkildi.