"Yeniyetmələrin reproduktiv sisteminin xüsusiyyətləri" mövzusunda seminar keçirildi.
Bu gün məktəbimizin 6-cı sinif şagirdlərinin qızları üçün "Yeniyetmələrin reproduktiv sisteminin anatomiyası və fizioloji xüsusiyyətləri" mövzusunda seminar keçirildi.Seminarda həmçinin şagirdlərin valideynləri də iştirak etmişdir.
Seminarda ilk əvvəl uşaqların inkişaf mərhələlərinin əhatə olunduğu yaş dövrləri izah olundu. Daha sonra yeniyetməliyin uşaqlıq və yetkinlik arasında keçid dövr olduğu vurğulandı. Yeniyetməlik dövrünün insanın həyatında sürətli fiziki inkişaf, cinsi yetkinlik: psixoloji,emosional, intellektual, mədəni və mənəvi inkişaf ilə səciyyələnən dövrü əhatə etməsi qeyd olundu. Bununla əlaqədar slayd materialı izləndikdən sonra şagirdlərə xüsusi paylama materialı verildi.