Fizika fənni üzrə "Açıq dərs" keçirildi.
Bu gün məktəbimizdə "Fizika" aylığının ilk "Açıq dərs"i keçirildi. Məktəbimizin 7b sinfində Fizika fənni üzrə keçirilən "Açıq dərs"in mövzusu "Mayelərin təzyiqi" idi.
Məktəbimizdə bu fənni tədris edən fizika müəllimi Hacıyeva Almaz tərəfindən aparılan dərs zamanı slayd materiallarından istifadə olunub, şagirdlərin kollektiv olaraq fəal əməkdaşlığı nəticəsində tədqiqat aparıldı, sinif şagirdləri Vəliyev Anar və Məmmədov Məhəmməd tərəfindən fərqli tərkibli mayelərdə təzyiqin yoxlanılması üçün təcrübə aparıldı.
Yaradıcı tətbiqetmə mərhələsində şagirdlərin cütlərdə fəal əməkdaşlığı izlənildi.Dərs coğrafiya və biologiya fənləri ilə inteqrasiya olunmuşdur. Dərsin sonunda şagirdlərə ev tapşırığı verilib,daha sonra onlar meyarlar əsasında səviyyələr üzrə qiymətləndirildi.
Şagirdlərin fəal iştirak etdiyi açıq dərs,dərsi dinləyən məktəbin direktoru Ruhiyyə İbrahimova, kimya müəllimi Hüseynov İbrahim, biologiya müəllimi Esmira İbrahimovanın marağına səbəb olmuş və yüksək qiymətləndirilmişdir.