2 Fevral Gənclər Günü münasibəti ilə tədbir keçirildi.
31 yanvar 2018-ci il tarixində Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı və Xəzər rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Mərdəkan Mədəniyyət Sarayında "Gənclər Günü" münasibətilə tədbir keçirildi.
Tədbirdə 323 nömrəli tam orta məktəbin gənc müəllimləri də iştirak etmişdirlər.
Tədbirdə öncə Gənclər günü ilə bağlı videoçarx izlənildi. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1997-ci il 2 fevral gününün Gənclər günü kimi elan olunması xatırlandı.
Qeyd olundu ki,Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki,bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual,dünyagörüşlü yeni nəsil yetişmişdir.Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra rayonun fəal gəncləri müxtəlif nominasiyalar üzrə diplomlarla təltif olundu.
Tədbir konsert proqramı ilə davam etdirildi.