20 Yanvar- Xalqımızın Qan yaddaşıdır!
Bu gün respublikamızın hər yerində olduğu kimi bizim məktəbimizdə də 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbimizin direktoru İbrahimova Ruhiyyə, müəllimlər və şagirdlər iştirak etdilər.
Tədbir ilk öncə şəhidlərimizin ruhuna, xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutun elan olunması ilə başlanıldı.
Daha sonra şagirdlərimiz 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şeirlər ilə şəhidlərimizi yad etdilər.
Tədbirin sonunda "20 Yanvar" qətliamı barədə video çarx izlənildi.
Bu matəm günü ərəfəsində milli azadlıq mübarizəsinin öncülləri,gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizə Allahdan rəhmət diləyirik.