Böyük summativ qiymətləndirilməyə start verildi.
15.01.2018-ci il tarixindən etibarən 323 nömrəli tam orta məktəbdə böyük summativ qiymətləndirilmə prosesinə başlanıldı.Qeyd olunan tarixdə məktəbimizin 6a,6b, 6c,7a,7b siniflərində öncədən təyin olunmuş nəzarətçi müəllimlərin iştirakı ilə böyük summativ qiymətləndirilmə (B.S.Q) keçirildi.Böyük summativ qiymətləndirmə
zamanı istifadə olunan vasitələr məktəb rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanmışdır.
16.01.2018-ci il tarixində isə bu proses məktəbimizin8a,8b,9a,9b siniflərində aparıldı. Şagirdlərimizə bu
qiymətləndirilmədə müvəffəqiyyətlər diləyirik.