Ədəbiyyat fənni üzrə açıq dərs keçirildi.
21 dekabr 2017-ci il tarixində məktəbimizin 10b sinfində Ədəbiyyat fənni üzrə açıq dərs keçirilib.Dərs məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimi Kərimova Ülviyyə
tərəfindən keçirildi.10b sinfində keçirilən açıq dərsin mövzusu "Məhəmməd Füzulinin həyatı,yaradıcılıq yolu" olmuşdur.Geniş mövzuya malik olan dərsin bütün mərhələləri, müəllim tərəfindən dərs prosesində ustalıqla təşkil olundu. Şagirdlər dərsin gedişini maraqla izləyir,verilən tapşırıqlar üzərində çalışırdılar.
Müəllim açıq dərsin mövzusunu Azərbaycan dili fənni ilə əlaqələndirmişdir.
Dərs dinləmə prosesində məktəbin direktoru Ruhiyyə İbrahimova ,Azərbaycan dili müəllimi Əsgərov Vahid,tarix müəllimi Qasımov Hikmət və digər müəllimlər iştirak etmişdir.Dərs bitdikdən sonra müzakirə olundu, təklif və iradlar bildirildi.
Ülviyyə müəllimə gələcək fəaliyyətində,şagirdlərimizə isə dərslərində uğurlar diləyirik!