Səməd bəy Mehmandarov-160
Səməd bəy Mehmandarov Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan , 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir ki, bu da general-polkovnik rütbəsinə bərabərdir.General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökümətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdur. 09.12.2015 -ci il tarixində məktəbimizdə General Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə generalın keçdiyi şərəfli həyat yolundan, qısa müddət ərzində 30 minlik ordu yaratmağa nail olmasından söhbət açıldı.Şagirdlər görkəmli tarixi şəxsiyyətlərimiz olan M.Ə.Rəsulzadə, F.Xoyski,N.Nərimanov və S.Mehmandorovun obrazlarını canlandırmaqla bir daha tariximizə və tarixi şəxsiyyətlərimizə olan dərin hörməti nümayiş etdirdilər.Tədbirin hazırlanmasında əməyi olan məktəbin tarix müəllimi Aynur Həsənovaya məktəb rəhbərliyi xüsusi təşəkkürünü bildirdi.