"Azərbaycan dili və Ədəbiyyat" aylığının növbəti "Açıq dərs"i keçirildi

Bu gün məktəbimizdə "Azərbaycan dili və Ədəbiyyat" aylığının növbəti "Açıq dərs"i keçirildi. Məktəbimizin 8b sinfində Azərbaycan dili fənni üzrə keçirilən açıq dərsin mövzusu "Duyğular adası" idi. Həmin sinifdə bu fənni tədris edən Azərbaycan dili müəllimi  Günel Hacıyeva  tərəfindən aparılan dərs zamanı slayd materiallarından istifadə olunub, qruplarda şagirdlərin fəal əməkdaşlığı nəticəsində tədqiqat aparıldı və qrup işləri düzgün təqdim olundu. Şagirdlərin öz yaradıcılıqları ilə hazırladıqları rollu oyunların  nümayişi maraqla izlənildi.

Şagirdlərin fəal iştirak etdiyi açıq dərs, dərsi dinləyən məktəbin direktoru Ruhiyyə İbrahimova, direktorun təlim-tərbiyə işləri üzrə müavini Ramil Orucov və digər müəllim kollektivinin marağına səbəb olmuş və yüksək qiymətləndirilmişdir.

Onu da qeyd etmək lazımdır ki,bu gün keçirilən açıq dərsimiz,müstəqil Azərbaycanın xilaskarı və qurucusu, ümummilli lider, ulu öndər, dahi şəxsiyyət  Heydər Əliyevin anım gününə təsadüf etdiyi üçün dərsdə aparılan inteqrasiya zamanı  nümayiş olunan videoçarxdan sonra, şagirdlərimiz tərəfindən dahi şəxsiyyətin ömrü boyunca malik olduğu duyğular, böyük insani keyfiyyətlər vurğulandı.

Öz biliyi ,bacarığı,işgüzarlığı ilə hər zaman kollektivin, şagirdlərin və valideynlərin  rəğbətini qazanan Günel müəlliməyə  gələcək fəaliyyətində, 8b sinif şagirdlərinə isə dərslərində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi