"Mən öz gələcəyimi seçirəm" adlı rəsm müsabiqəsi keçirilib

Mövzu: “Mən Öz Gələcəyimi Seçirəm” - Rəsm Müsabiqəsi
Rəsm ilə Mesaj: Zərərli Vərdişlərə YOX, Sağlam Gələcəyə BƏLİ!
"Sağlam gələcək-parlaq nəsil" layihəsinin icrası ilə bağlı Tədbirlər planına əsasən aprel ayında
məktəbimizdə “Mən öz gələcəyimi seçirəm” devizi altında rəsm müsabiqəsi təşkil olunub.
Müsabiqənin əsas məqsədi şagirdlərə zərərli vərdişlər – xüsusilə narkomaniya və siqaretə qarşı mübarizədə öz mövqelərini bildirmək üçün yaradıcı ifadə vasitəsi təqdim etmək idi.
23.04.2025-ci il tarixində müsabiqədə fəal iştirak edərək qalib gələn şagirdlər diplomla təltif olunub.
Bu təşəbbüs sayəsində məktəbli gənclər bir daha dərk etdilər ki, “Həqiqi güc – zərərli vərdişlərə YOX deyə bilməkdir!”.
Məktəb olaraq inanırıq:
Sağlam düşüncə, təmiz həyat və düzgün seçimlər – sabahın uğurlu cəmiyyətini formalaşdırır!