Gənc fiziklərin və kimyaçıların yaradıcılıq müsabiqəsinin ikinci mərhələsi keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15 noyabr 2017-ci il tarixli 228 və 229 nömrəli əmrlərinə əsasən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin şagirdləri arasında "Gənc fiziklərin və kimyaçıların yaradıcılıq" müsabiqələri keçirilir.
Müsabiqələrin ikinci-rayon mərhələsi 2017-ci il 6-7 dekabr tarixlərdə saat 14:00-da rayonlar üzrə müəyyənləşdirilmiş baza məktəblərdə təşkil olunmuşdur.
Müsabiqələrin yuxarıda qeyd olunan mərhələsi Xəzər rayonu üzrə həmin tarixlərdə 156 nömrəli tam orta məktəbdə keçirildi.
Gənc fiziklərin yaradıcılıq müsabiqəsində məktəbimizin 9-cu sinif şagirdi Ələsgərova Ləman,10-cu sinif şagirdi S.Nuranə,11-ci sinif şagirdi Həsənova Aytac və komandanın rəhbəri kimi məktəbin fizika müəllimi Hacıyeva Almaz, gənc kimyaçıların yaradıcılıq müsabiqəsində məktəbimizin 9-cu sinif şagirdi Ömərova Rəvanə,10-cu sinif şagirdi İbrahimli Ülviyyə,11-ci sinif şagirdi Mürsəlov Məhi və komanda rəhbəri- kimya müəllimi Hüseynov İbrahim iştirak etmişdir.
Komandamıza uğurlar arzu edirik.