Riyaziyyat fənni üzrə dərs dinlənildi
1 dekabr 2017-ci il tarixində məktəbimizdə Riyaziyyat fənni üzrə növbəti dərs dinlənildi.Dərs məktəbimizin 3b sinfində ibtidai sinif müəllimi Həsənova Şöhlə tərəfindən keçirildi.
"1000 dairəsində toplama və çıxma. Toplama ilə çıxmanın qarşılıqlı əlaqəsi" mövzusunda keçirilən dərsin əsas məqsədi qazanılmış nəzəri bilikləri məsələ həllinə tətbiq etmək,şagirdlərin yaradıcı təfəkkürünü formalaşdırmaq və tədqiqat fəaliyyətini həyata keçirmək,qrupda işlədiklərinə görə onlarda qarşılıqlı yardım,məsuliyyət hissi və sair bu kimi qabiliyyətləri inkişaf etdirmək idi.
Dərsdə şagirdlərin fəallığı, biliyi dərsdə iştirak edən məktəbin direktoru Ruhiyyə İbrahimova ilə yanaşı,digər fənn müəllimlərini də sevindirdi.
Təhsil sahəsində aparılan islahatlar dövründə daima yeniliklərlə maraqlanan və öyrəndiklərini tədris prosesində tətbiq edən, öz biliyi və bacarığı ilə seçilən Şölə müəllimə gələcək fəaliyyətində uğurlar arzu edirik!