Məktəbimizdə Riyaziyyat fənni üzrə qarşılıqlı dərs dinlənilib

27 noyabr 2017-ci il tarixində məktəbimizdə Riyaziyyat fənni üzrə növbəti  qarşılıqlı dərs dinlənildi.Dərs məktəbimizin  3a  sinfində ibtidai sinif müəllimi İsfəndiyarova Esmira  tərəfindən keçirildi.

"1000 dairəsində çıxma. Azalanın təkliklər və onluqlar mərtəbəsi vahidlərinin sayının 0 olduğu hal" mövzusunda keçirilən dərsin əsas məqsədi, seçilmiş standartların reallaşdırılması,şagirdlərin  mövzuya uyğun misalları həll etməklə  onlarda riyazi bilik və bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

Dərsdə vaxt çox düzgün bölünmüş,vaxtdan səmərəli istifadə olunmuşdur. Dərsdə şagirdlərin fəallığı təmin olundu.

Öz biliyi,bacarığı.işgüzarlığı ilə kollektivin, valideynlərin rəğbətini qazanan  Esmira müəllimə gələcək fəaliyyətində uğurlar arzu edirik!.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi