Uşaq Hüquqları Konvensiyasına həsr olunmuş tədbir keçirildi.
13.11.2017-ci il tarixində 323 nömrəli məktəbin IV sinif şagirdlərinin keçirdiyi tədbir Uşaq Hüquqları Konvensiyasına həsr olunmuşdur.
Uşaq Hüquqları Konvensiyası 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir.
Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixli və 236№-li qanunla BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını ratifikasiya etmişdir.
Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunudur.
Bu qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də 1948-ci ildə qəbul edilmiş «İnsan hüquqları haqqında» Ümumdünya Bəyannaməsi ,1959-cu ildə qəbul olunmuş Uşaq hüquqları Bəyannaməsi ,1989-cu ildə BMT-nin Uşaq hüquqları Konvensiyasına əsasən uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir.
"Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində, 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.
IV sinif müəllimi İsmayılova Tərlan müəllimə təşəkkür edirik.