"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində məktəblilərin bölgələrə səyahəti başlanıldı

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyaların növbəti mərhələsinə start verilib. Məktəbimizin 9a sinif şagirdi Turanə Qasımlı "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Gəncə-Şəmkir-Göygöl turuna yola salınıb.Xəzər rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirak etdikləri yolasalma mərasimindən əvvəl tur iştirakçıları Xəzər rayonu İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.Mərasimdə çıxış edənlər,məktəblilərə uğurlu yol,mənalı istirahət arzulayaraq doğma Azərbaycanımızı daha yaxından tanımaq üçün təşkil olunmuş tur-aksiyalara görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi