Məktəbimizin 10 illiyi qeyd olundu.
Bu gün məktəbimizin açıldığı günündən 10 il ötür.Bununla bağlı məktəbimizdə tədbir keçirildi. Tədbir ilk öncə Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başladı. Məktəbin direktoru Ruhiyyə İbrahimova çıxışına "Bir məktəbin açılması, bir həbsxananın bağlanması deməkdir." ifadəsi ilə başladı.O, məktəbin 10 il öncə ABŞ səfirliyinin Hərbi Əməkdaşlıq şöbəsi tərəfindən ABŞ Müdafiə Nazirliyi Avropa Komandanlığının vəsaiti hesabına tikilməsini xatırlatdı. 10 il müddətində təhsil müəssisənin keçdiyi inkişaf yolundan danışdı. Bildirdi ki, hazırda məktəbdə 592 şagirdin təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. Son illərdə məktəbin şagirdlərinin əldə etdiyi nailiyyətlər, xüsusən 2015-2016-cı tədris ilində Bakı şəhəri məktəbləri arasında məktəbimizin keyfiyyət göstəricisinə əsasən 44 pillə irəliləyişi və 2016-2017-ci tədris ilində isə bu yeri uğurla qorunması vurğulandı .Ruhiyyə İbrahimova çıxışında 10 il bundan öncə ilk şagirdlərini qəbul edən 323 №li məktəbin növbəti on illiklərdə Bakı şəhəri və respublika məktəbləri arasında daha gözəl yerləri tutmağını ümid etdiyini söylədi. Bunun üçün hər birimiz məqsəd və hədəflərimizi öncədən müəyyən etməklə vicdanla, məsuliyyətlə, şikayət etmədən var gücümüzlə çalışmalıyıq.Məktəbin direktoru Ruhiyyə İbrahimova bu yolda hamıya uğurlar arzuladı. Daha sonra təbrik üçün söz məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimi Günel Hacıyevaya verildi.O, özünün müəllimlik fəaliyyətinin beşinci ilində qələmə aldığı duyğularını tədbir iştirakçıları ilə paylaşdı. Tədbir məktəbimizin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirildi.