18 Oktyabr - Azərbaycan Dövlət Müstəqillik Günü
Hər il 18 oktyabr tarixində " Azərbaycan Dövlət Müstəqillik Günü " - Azərbaycan tarixinin ən mühüm günlərindən biri qeyd olunur. Bu gün də məktəbimizdə 18 Oktyabr -" Dövlət Müstəqillik Günü " münasibətilə tədbir keçirildi. Tədbiri məktəbin direktoru Ruhiyyə İbrahimova açaraq ilk öncə bu gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O, çıxışında bildirdi ki, "Bu gün hər birimiz azərbaycanlı olaraq müstəqillik kimi ülvi hisləri bizə bəxş edən, bu yolda şəhid və qazi olan həmvətənlərimizə borcluyuq. Hər birimiz azadlıq, müstəqilliyin müqəddəs məsuliyyətini anlamalı və onun qorunub saxlanılması üçün əlimizdən gələni əsirgəməməliyik ,vətən qarşısında öz borcumuzu daima yerinə yetirməliyik." Sonra tədbir məktəbin şagirdlərinin ifasında "Dövlət Müstəqillik Günü" nə həsr olunan şeir və musiqilərlə davam etdirildi.