5 OKTYABR – BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR
05 oktyabr 2017-ci il tarixində məktəbimizdə “Müəllimlər Günü” ilə bağlı geniş tədbir keçirildi. Dövlət himnimizin səslənməsi ilə başlayan tədbiri məktəbimizin direktoru Ruhiyyə İbrahimova açaraq bildirdi ki, Beynəlxalq Müəllimlər günü UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib.Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilir.Bu il də müəllimlərin peşə bayramı ərəfəsində ölkəmizin çoxsaylı təhsil işçilərinin bir qrupunun fəxri adlara layiq görülməsi dövlətimizin Prezidenti İlham Əliyevin onlara davamlı diqqət və qayğısının göstəricisidir. Ruhiyyə İbrahimova müəllimləri peşə bayramı münasibəti ilə təbrik edərək onlara bu müqəddəs yolda uğurlar dilədi. Sonra şagirdlər şeirlərlə,öz rəqsləri, ifaları,göstərdikləri səhnəciklərlə müəllimləri təbrik etdilər. Peşə bayramınız mübarək əziz müəllimlər!