26.05.2017-ci il tarixində 323 nömrəli tam orta məktəbdə Respublika gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Dövlət Himninin səslənməsi ilə başladı. Məktəbin direktoru Ruhiyyə müəllim Azərbaycan Demokratik Cümhuriyyəti haqqında qısa məlumat verdi. O, qeyd etdi ki, Məmmədəmin Rəsulzadənin sədri olduğu Milli Şura 1918-ci il mayın 28-də axşam 8-ə 10 dəqiqə işləmiş Azərbaycanın müstəqil olduğunu bəyan etdi. Müsəlman Şərqində birinci olaraq bizim vətənimizdə demokratik respublika yarandı. Xalq Cümhuriyyətinin ilk hökümət başçısı Fətəli Xan Xoyski oldu. Hökümət başçısı Azərbaycanın müstəqil olmasını mayın 30-da teleqrafla dünya ölkələrinə xəbər verdi. İyun ayının 4-də Osmanlı imperiyası ilə sülh və dostluq müqaviləsi bağlandı. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini ilk olaraq Osmanlıdövləti tanıdı. Sonra tədbir şagirdlərin Respublika gününə həsr olunmuş şerləri ilə davam etdirildi.