31 Mart soyqırımı
31.03.2017-ci il tarixində məktəbimizdə 31 Mart Soyqırım Günü qeyd edildi.Əvvəlcə 31 mart soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildi, tədbirdə məktəbin ədəbiyyat müəllimi, Qarabağ müharibəsi veteranı Əsgərov Vahid 31 mart soyqırımı haqqında məlumat verərək bildirdi ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd olunur. Sonra tədbir məktəbin şagirdlərinin hazırladıqları əbədi bədii kompazisiya ilə davam etdirildi.