Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olundu
Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar bir 9-cu sinif şagirdlərinin iştirakı ilə xüsusi dərs və "Dəyirmi masa" keçirilib.
Məktəbin tarix müəllimi Aynur Həsənova tərəfindən təşkil olunan dərsdə ilk öncə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla dərin ehtiramla yad edilib.
Tədbir zamanı tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilən çıxışlar dinlənildi.
A.Həsənova çıxışında Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olmasını vurğuladı.
Məktəb rəhbərliyinin də iştirak etdiyi Dəyirmi masada məktəbin tarix müəllimi Hikmət Qasımov, 9"B" sinif şagirdləri ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs ediblər.
Məktəbin direktor əvəzi Səidə Ağamalıyeva çıxışı zamanı bildirdi ki, ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir.
Daha sonra bir qrup şagirdlər müəllimlərlə birgə Ulu öndər Heydər Əliyevin Mərdəkan qəsəbəsində yerləşən abidəsini ziyarət ediblər.